banner
banner

Şou

Esra Erol evlilik proqramını bağlayır

Esra Erol evlilik proqramını bağlayır

Aparıcı Esra Erol son dövrlərdə yaşanan skandalların ardından evlilik proqramını dayandıra biləcəyini deyib.

2007-ci ildən bəri fərqli telekanallarda evlilik proqramları təqdim edən aparıcı bu tip verilişlərin çoxluğundan narahat olduğunu ifadə edərək deyib:

"Heç zaman təkbaşıma hərəkət etməmişəm. Tək olsaydım, verilişi tərk edərdim. Amma mənimlə birlikdə işləyən 60 nəfəri nəzərə alanda diqqətli olmaq lazımdır".

Esra evlilik proqramını başqa formatda bir verilişlə əvəz oluna biləcəyi haqda ilk ipuclarını verib:

"Mən televiziya obrazıyam. Bu gün bu proqram bitər, sabah başqa formatla qarşınıza çıxa bilərəm".

Qeyd edək ki, son zamanlar evlilik proqramı aparıcıları Seda Sayan və Zuhal Topal arasında mübahisələr böyümüş, Esra Erol də bu qarşıdurmaya qatılmışdı. Bütün bunlardan bezdiyini deyən Esra proqramı hər an bağlaya biləcəyini demişdi. Eyni zamanda Türkiyənin Ali Televiziya Qurumun olan RTÜK evlilik proqramları ilə bağlı araşdırmalarını yekunlaşdırdıqdan sonra sərt qərarlarını açıqlayacaq. İddiaya görə, bu tip proqramlar tamamilə bağlanacaq. Çünki son zamanlar sərt mövqeyi ilə seçilən bir neçə gün əvvəl erotikanı təbliğ etdiyi üçün 17 telekanalı bağlamışdı. Eləcə də açıq-saçıq səhnələrlə olan klipləri yayımladığı üçün telekanallar tez-tez cərimə olunurlar.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.