“Bakı Metropoliteni” QSC neftin ucuzlaşması səbəbindən qurumda aparılan ixtisarlarla bağlı yayılan xəbərlərə münasibət bildirib.
“Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr və mətbuat katibliyinin rəisi Nəsimi Paşayev “APA-Economics”ə bildirib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil.
“Yayılan məlumatlar həqiqətən uyğun deyil. “Bakı Metropoliteni” QSC-də heç bir ixtisarlar aparılmır”, - deyə N. Paşayev bildirib.
O, əlavə edib ki, neftin ucuzlaşması səbəbindən “Bakı Metropoliteni”nin həyata keçirdiyi infrastruktur layihələrin dayandırılması ilə bağlı yayılan xəbərlər də əsassızdır: “Yeni metro stansiyalarının tikintisi dayandırılmayıb. Tikinti işləri əvvəlki templə davam edir”.
Qeyd edək ki, bəzi mətbuat orqanlar yazıb ki, “Bakı Metropoliteni” neftin kəskin ucuzlaşması səbəbindən 900 işçisini şəxsi hesabına məzuniyyətə göndərib. İddialara görə, metropolitendə ixtisarlar da nəzərdən keçirilir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.