banner
banner

Hərbİ

"Qoşunlar geri çəkilməyib, müharibə hər an başlaya bilər" – Sarkisyan

"Qoşunlar geri çəkilməyib, müharibə hər an başlaya bilər" – Sarkisyan
“Qarabağ münaqişəsi danışıqlar yolu ilə həll olunmalıdır, ancaq atəşkəs rejiminin pozulmayacağına dair qarantiya lazımdır”.
Avropa.info xəbər verir ki, Ermənistan prezidenti Serj Sarkisyan belə deyib. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun Rusiya, ABŞ və Fransadan olan həmsədrləri danışıqların başlamasınadək etibarı yüksəltməlidirlər. 
“Hansı tərəfinin məsuliyyət daşıdığını müəyyən etmək üçün təşkəs rejiminin pozulması hallarının istintaqı mexanizmi daxil olunmalıdır. Biz belə pozuntuların olmayacağına dair təminat istəyirik” – Sarkisyan “Bloomberg” agentliyinə belə deyib.
Onun sözlərinə görə, hansısa an danışıqlar onsuz da başlayacaq, ancaq indi vəziyyət tamam başqadır. 
“Biz danışıqlar apararkən, hərbçilər hərbi əməliyyat apararaq münaqişəni həll etməyə cəhd edə bilərlər” – Sarkisyan belə deyib.
O qeyd edib ki, 5 apreldə Moskvada əldə olunan sözlü atəşkəs razılaşması qüvvəsini saxlayır. 
“Əldə olunan atəşkəs kifayət etməz və daha böyük toqquşmalara gətirib çıxara bnilər. Qoşun, artilleriya və tanklar geri çəkilməyib. Baş verənlər hər an təkrarlana bilər” – Sarkisyan belə deyib. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.