banner
banner

Gündəm

Yerevanda etiraz dalğası: “Sarkisyan Qarabağı təhvil verir”

Yerevanda etiraz dalğası: “Sarkisyan Qarabağı təhvil verir”
Yerevanın Azadlıq meydanında bu gün Ermənistan prezidenti Serj Sarkisyana qarşı etiraz aksiyasının keçirilməsi nəzərdə tutulur.
Virtualaz.org 1in.am portalına istinadən xəbər verir ki, təşəbbüs qrupu “Güzəştə getməyən ali baş komandan tələb edirik” şüarı altında etiraz aksiyası keçirmək niyyətindədir.
Aksiya iştirakçıları narahatdırlar ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun səfərindən sonra Ermənistan iqtidarı Azərbaycanla Kazan sənədi trafında danışıqları davam etdirə bilər. Həmin sənəd isə, digər bəndlərlə yanaşı, işğal edilmiş beş rayonun geri qaytarılmasını özündə ehtiva edir.
 
“Ayazn” partiyasının İdarə Heyətinin üzvü Armen Mkrtçyan hesab edir ki, hakimiyyət hər vəchlə güzəştə getmək fikrində olmadıqlarını göstərməyə çalışırlar, bu isə yalandır: “Bunu dünən keçirilmiş Milli Məclisin iclası da sübut etdi - ərazilərin güzəştə gedilməsi barədə suallara hakimiyyət üzvləri yayğın cavablar verirdilər”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.