banner
banner

İdman

Totti ABŞ klubunun hədəfində

Totti ABŞ klubunun hədəfində

"Roma"nın kapitanı Françesko Totti yeni mövsümdən ABŞ MLS liqasında oynaya bilər.

Qol.az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, italiyalı futbolçu "Nyu-York Kosmos"un maraq dairəsinə düşüb.

Klubun baş məşqçisi Covanni Savarase Totti ilə maraqlandıqlarını təsdiqləyib: "Hər bir baş məşqçi Totti kimi futbolçunu komandasında görmək istəyər. Onun kimi komandasına sadiq bir oyunçunu istəməyən klub ola bilməz. Raul, Maldini və Totti kimi futbolçular karyeralarını bir komandaya həsr edirlər və bu, möhtəşəm bir duyğudur. Totti ilə danışığımız olub. Lakin hələlik bundan artığını edə bilməmişik". 

"Roma"nın idman direktoru Ualter Sabatini isə Totti ilə görüşdüklərini və onun İtalliya təmsilçisində qalmaq istədiyini bildirib.

Qeyd edək ki, Tottinin "Roma" ilə bir illik müqavilə imzalayacağı gözlənilir. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.