Ağdam rayonunda yerləşən “Qara inək fermer təsərrüfatı” MMC-nin binasına “qrad” və top mərmisi düşüb.
Heyvandarlıq kompleksinin rəhbəri Fuad Əyyubzadə “report”a bildirib ki, gecə atəşkəsin pozulması nəticəsində rayonun Əfətli kəndində yerləşən fermer təsərrüfatına ciddi ziyan dəyib: “Kompleksə düşən qrad və top mərmisi nəticəsində 11 baş iribuynuzlu heyvan ölüb, 19-u isə yaralanıb”.
O qeyd edib ki, “Qara inək fermer təsərrüfatı” MMC İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı güzəştli kredit hesabına qurulub: “Kompleks inəklər Almaniyadan və digər xarici ölkələrdən gətirilib”.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.