Müğənni Mayli Sayrusla sevgilisi Liam Hemsvort yenidən barışıblar. Tez-tez küsüb-ayrılan cütlük gözlənilməz qərara gəlib. Belə ki, Mayli ilə Liam bu yay toya hazırlaşırlar. 23 yaşlı müğənninin toy təşkilatçısı isə anasıdır. Xatırladaq ki, 2009-cu ildə “The last Song” (“Sonuncu mahnı”) filminin çəkilişləri zamanı tanış olan Sayrusla Hemsvort bir müddət dost münasibəti saxlasalar da, daha sonra sevgili olublar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.