banner
banner

Sosİal

Metropoliten təkzib etdi: “Avtovağzal”ı su basmayıb

Metropoliten təkzib etdi: “Avtovağzal”ı su basmayıb
“Avtovağzal” stansiyasını su basması xəbəri tamamilə yanlışdır”.
Bunu Modern.az saytına “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
O qeyd edib ki, axşam saatlarında yağan güclü yağış stansiyanın avtovağzala olan iki çıxışının qarşısında gölməçələr yaradıb:
 
“Həmin vaxt sərnişinlərin stansiyaya daxil olmasında çətinliklər yaranıb. Amma bunun səbəbkarı metropoliten deyil. Biz “Beynəxalq Avtovağzal”ın ərazisinə, orada dayanan avtobusların, maşınların yerində yaranan gölməçələrə cavabdeh deyilik. Biz metro stansiyasına xidmət göstəririk. Stansiyanın daxilində də heç bir subasma baş verməyib”.  
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.