banner
banner

Gündəm

ADNA faciəsindən 7 il ötür

ADNA faciəsindən 7 il ötür
Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş kütləvi qətldən 7 il ötür. 
Cia.az-ın məlumatına görə, 2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib. 
Qanlı hadisə nəticəsində: 

- Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu, 

1940-ci il təvəllüdlü - Nəzəri Mexanika fakültəsinin laboratoriya müdiri Əzizova Tamilla Zülfüqar qızı, 

1951-ci il təvəllüdlü - Neft qaz istehsali və emali texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu, 

1946-ci il təvəllüdlü - Biotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı, 

1978-ci il təvəllüdlü Tələbələr - Məmmədov Taleh Tariyel oğlu, 

1988-ci il təvəllüdlü - Bəndəliyev Yusif Telman oğlu, 

1989-cu il təvəllüdlü - Bağırov Ayaz Cavanşir oğlu, 

1988-ci il təvəllüdlü - Cabbarov Savalan Allahverdi oğlu, 

1987-ci il təvəllüdlü - Abdullayev Emin İmaməli oğlu, 

1989-cu il təvəllüdlü - Babaşov Ruslan Cəfər oğlu,
 
1990-ci il təvəllüdlü - Aslanov Ceyhun Sakit oğlu, 

1988-ci il təvəllüdlü və Akademiyaya süd məhsulları gətirən Qurbanova Ayna Abbasqulu qızı,
 
1957-ci il təvəllüdlü öldürülüb. 

Yaralananların siyahısı: 

1. İsayev Kənan 
2. Mustafa Məhəmməd 
3. Rüstəmbəyov Faiq 
4. Şirəliyev İlkin Azər oğlu (1989-cu il) 
5. Mustafayev Elşən Elbəy oğlu (1989-cu il)
6. Axundov Rəhman 
7. Cəmiyev Elvin Azər oğlu (1989-cu il) 
8. Hüseyinli Zemfira 
9. Daas Muavviyyə (Suriya) 
10. Seyidəhməd Əmru. 

Baş vermiş hadisə ilə bağlı Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində F. Qədirovla əlaqəli şəxslərin bir çoxu cinayət məsuliyyətinə cəlb olunub. Baş verən kütləvi qətlin sifarişçisinin erməni əsilli Gürcüstan vətəndaşı Mardun Qumaşyan olduğu müəyyənləşib. Cinayət işinin materiallarına görə, Neft Akademiyasında terror aktının törədilməsini sifariş verən Qumaşyan Mardun Qriqoryeviç 6 mart 1951-ci ildə Gürcüstanın Marneuli rayonunun Şulaver kəndində anadan olub. Mardun Qumaşyanın barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib. 
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 10 avqust 2010-cu il tarixli hökmü ilə iş üzrə təqsirləndirilənlər - Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.
 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.