Türkiyəli iş adamı Ali Ağaoğlu canlı yayımda kredit kartının limitini açıqlayıb. Biznesmen kredit kartının limitinin 50 min lirə (26 min manat) olduğunu deyib. Daha sonra isə Ağaoğlu aparıcının istəyi ilə cibindəki pulları çıxarıb. Onun cibində 8 min 400 lirə (4500 manat) olub. İş adamı daha sonra "Alış-veriş zamanı heç vaxt məbləği hissələrə böldürmədim. Cəmi bir ədəd kredit kartım var. Bu da mənə bəs edir" deyə, bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.