banner
banner

İdman

İbrahimoviç İtaliyaya qayıdir

İbrahimoviç İtaliyaya qayıdir
İsveçli ulduz futbolçu Zlatan İbrahimoviç "Yuventus"a qayıda bilər. ANS PRESS-in məlumatına görə, futbolçunun meneceri Mino Raiolanın Turin klubu ilə danışıqlara başladığı iddia olunur.
İsveçlinin PSJ ilə müqaviləsi yayda başa çatır. Zlatananın artıq yayda PSJ-dən ayrılacağı dəqiqləşib. Son İtaliya çempionu "Yuventus"un Zlatana illik 7 milyon avro təklif etdiyi iddia olunur.
İbrahimoviçin həmçinin gələn mövsümdən "Mançester Yunayted"i çalışdıracaq Joze Mourinyonun hədəfində olduğu açıqlanıb. Portuqaliyalı mütəxəssis rəhbərlikdən Zlatan İbrahimoviçin transferini istəyib.
 
"Yuventus" 2004-cü ildə "Ayaks"dan 16 milyon avroya aldığı İbrahimoviçi 2 il sona 24,8 milyon avroya "İnter"ə satmışdı. O, 2012-ci ildə 21 milyon avro qarşılığında PSJ-yə transfer edilib. İbrahimoviç "Yuventus"la 2 dəfə İtaliya çempionu olub.
 
İbrahimoviç İsveçdə "Malmö", Hollanliyada "Ayaks", İtaliyada "Yuventus", "İnter", "Milan", İspaniyada "Barselona" və Fransada PSJ-nin formasını geyinib. Karyerası ərzində 28 kubok qazanan futbolçu 4 ölkədə çempionluq sevinci yaşayıb.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.