Beyons heyran etdi, bacısı isə lağ hədəfi oldu - FOTOLAR
Dünən Nyu-Yorkda baş tutan "Bal İnstitu geyimləri" (Met Gala) tədbirinin builki mövzusu "texnologiya dövründə dəb" olub. ("Manus x Machina: Fashion In An Age Of Technology") Qırmızı xalça üzərində diqqət çəkənlərdən biri də müğənni Beyons olub. O, "Gvienchy"dən geyindiyi libasla göz oxşayıb. Lakin ifaçının bacısı Solanc tədbirin mövzusuna uyğun davranmağa çalışaraq avanqard görünməyə çalışsa da, seçimi uğursuz olub və lağ hədəfinə çevrilib Diqqət çəkən digər məqam isə Beyonsun mərasimə həyat yoldaşı, rep ifaçısı Cey Zi olmadan qatılması olub.
Qeyd edək ki, Beyonsun yeni buraxdığı "Lemonade" albomunda bütün mahnıların ərinin ona xəyanətinə həsr etdiyi iddia edilir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.