banner
banner

Gündəm

Ter-Petrosyan Qarabağ separatçılarının lideri ilə görüşüb

Ter-Petrosyan Qarabağ separatçılarının lideri ilə görüşüb

Xankəndində Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanla Qarabağ separatçılarının lideri Bako Saakyan arasında görüş keçirilib.

Virtualaz.org “Ermənistan xəbərləri”nə istinadən xəbər verir ki, görüşdə Dağlıq Qarabağda hərbi əməliyyatlarla bağlı bir sıra məsələlər müzakirə edilib.

Görüşdə Saakyan “siyasi qüvvələrin bu ağır günlərdə birliyinin vacibliyini qeyd edib və erməni xalqının qarşısında duran problemlərin həllində bunun əhəmiyyətli rol oynadığını” bildirib.

Qeyd edək ki, dörd günlük müharibədən dərhal sonra fəaliyyətdə olan prezident S.Sarkisyan özünün barışmaz rəqibi, devrilməsində bilavasitə iştirak etdiyi L.Ter-Petrosyanla məsləhətləşmələrə başladı.

L.Ter-Petrosyan Qarabağ münaqişəsinin həlli üzrə konstruktiv təklifləri ilə Qarabağ klanının, o cümlədən S.Sarkisyanın tənqid hədəfinə çevrilmişdi.

Keçmiş prezident Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilərin qaytarılmasında israr edirdi.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.