Türkiyəli sənətçi Hakan Altun fanatlarını kədərləndirəcək açıqlama verib.
Cia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni ismarışında bunları qeyd edib:
“İstanbulu tərk edəcəyəm. Səhnəyə çıxmadan və mahnı oxumadan yaşaya bilərəm. Amma musiqini əsla buraxmayacam. Sadə bir həyat yaşamaq istəyirəm. Cənubda, dəniz sahilində müvəqqəti də olsa bir ev və yanına studiya qurmağı planlaşdırıram. İstanbulda anamı görmək üçün üç saata yaxın zaman sərf edirəm, amma güneydə yaşayıb, darıxanda ailəmi görmək bundan daha asan olacaq”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.