banner
banner

Sosİal

Sürücülərin nəzərinə - Qaydalar dəyişdi

Sürücülərin nəzərinə -

Avtomobillərin texniki baxışa təqdim olunma qaydaları dəyişib.

Cia.az xezerxeber-ə istinadən xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi əsasnamə”də dəyişikliklər edib. Əvvəlki qaydaya əsasən, texniki baxış zamanı avtomobillərdə nasazlıq aşkarlandıqda, həmin nasazlıqlar mütləq təminatlı texniki təmir sahəsində aradan qaldırılmalı idi. Yalnız bundan sonra avtomobil texniki baxışdan keçməsi barədə sənəd ala bilərdi.

Ancaq yeni edilən dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqlar istənilən təmir müəssisəsində aradan qaldırıla bilər.

Nəqliyyat eksperti Azər Allahverənovun sözlərinə görə, bu qərar bəzi qeyri-müəyyənlikləri və sui-istifadə hallarınını aradan qaldıracaq.

Ekspert əlavə edir ki, sürücülər qərardan istifadə edib avtomobili istənilən adama təmir etdirməməlidirlər. Çünki avtomobilin texniki nasazlığı tam olaraq aradan qaldırılmazsa, bu, gələcəkdə xoşagəlməz halların və qəzaların baş verməsinə səbəb ola bilər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.