Yaponiyanın iki gündür şimalında və qərbində yağan şiddətli qar insan tələfatına yol açıb.
ANS PRESS-in məlumatına görə, Yaponiyada yağan şiddətli qar 9 nəfərin dünyasını dəyişməsinə səbəb olub. Qar ən çox Hokkaydo adasının şimal hissəsi, eləcə də ölkənin Niiqata, Akita, Ayti və digər prefekturalarında daha çox təsirini göstərir. Bu “NHK” televiziyası xəbər yayıb. Xəbərdə bildirilir ki, pis hava şəraiti ilə əlaqədar olaraq, ən az 9 nəfər ölüb.
Əhalinin təhlükəsizliyi üçün sakinlərdən evin damlarında yığılan qarları təmizləmək tövsiyyə olunur. Lakin təmizlik işlərində də ehtiyatlı olmaq məsləhət görülür. Belə ki, Niiqata prefekturasının Tokamati şəhərində evin damına çıxan bir kişi evin damından yıxılıb. Həmin vaxt şəhərdə qar örtüyünün hündürlüyü 1,61 metrdən 2,41 metrə qədər olub.
Qeyd edək ki, ötən gün də Hokkaydo adasının şərqində sahil bölgələsində yaşayan 240 sakin evakuasiya edilmiş, daha 1500 sakinə isə evlərini təcili olaraq tərk etmələri tövsiyə olunmuşdu.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.