Bu gün Çempionlar Liqasında digər finalçının adı bəlli olub. Qol.az-ın məlumatına görə, yarımfinal mərhələsinin cavab oyununda “Real” (Madrid) “Mançester Siti”ni qəbul edib. Mançesterdə keçirilən ilk oyunda qolsuz heç-heçə qeydə alındığından komandaların şansı bərabər qiymətləndirilirdi. Madriddə görüşün taleyini bir qol həll edib. Fernandonun 20-ci dəqiqədəki avtoqolu "Real"ı finala yüksəldib. Qeyd edək ki, "Real" finalda Madridin digər komandası “Atletiko” ilə qarşılaşacaq. Mayın 28-də Milanda keçiriləcək final görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 4 may
Çempionlar Liqası, yarımfinalın cavab oyunu
22:45."Real" (Madrid, İspaniya) - "Mançester Siti" (İngiltərə) - 1:0 Qol: Fernando, 20-avtoqol (1:0) İlk oyun - 0:0
3 may "Bavariya" (Almaniya) - "Atletiko" (Madrid, İspaniya) - 2:1 Qollar: Xabi Alonso, 31 (1:0), Antuan Qrizmann, 54 (1:1), Robert Levandovski, 74 (2:1) İlk oyun - 0:1
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.