“Çelsi”nin qapıçısı Petr Çex karyerasını “Liverpul”da davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, “mersisaydlılar”ın rəhbərliyi “qış transfer” dövründə çexiyalı qolkiperin icarəsi ilə bağlı qarşı tərəfə təklif irəli sürəcəyi bildirilir.
Oyun təcrübəsinin azlığından narazı olan Çexə “Roma” da maraq göstərir.
Qeyd edək ki, 32 yaşlı qolkiper bu mövsüm cəmi 8 oyunda meydana çıxaraq, qapısından 5 top buraxıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.