Prezident barak Obama və həyat yoldaşı Mişel "Star Wars Day"i ("Ulduz müharibələri günü") Ağ Evdə qeyd ediblər.
Cia.az-ın məlumatına görə, onlar filmin personajları olan "R2-D2" və "Storm Trooperes"lə rəqs ediblər. Bruno Marın ifasında səslənən mahnı Mişelin ən sevimli mahnılarındandır. Görüntüləri Ağ Evin mətbuat xidməti yayıb.
Qeyd edək ki, hər il mayın 4-də məşhur "Ulduz müharibələri" filminin şərəfinə bayram keçirilər. Fanatlar sosial mediada ekran işinin müxtəlif seriyalarından foto və videolar paylaşırlar.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.