banner
banner

Dünya

Rza Zərrabla bağlı sensasion gəlişmə...

Rza Zərrabla bağlı sensasion gəlişmə...
İrana qarşı tətbiq olunan ABŞ embarqosunu pozma, bank saxtakarlığı və çirkli pulların yuyulması ittihamları ilə ABŞ-ın Mayami şəhər aeroportundan ölkəyə giriş etmək istəyərkən saxlanılan, məhkəməsi zamanı həbs olunan İran əsilli türk işadamı Rza Zərrabın girov müraciəti gecikib. 
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda Nyu-Yorkun Manhettan bölgəsində yerləşən Metropolitan həbsxanasında cəzasını çəkən R.Zərrabın vəkili Benjamin Brafman 27 apreldə keçirilən ilk məhkəmə iclasında bildirmişdi ki, R.Zərrabın girovla azadlığa buraxılması üçün 10 gün içində məhkəməyə müraciət edəcəklərini bildirmişdi. 
 
Bu günə qədər hər hansı bir girov müraciəti edilməyib. Vəkil Benjamin Brafman DHA-ya verdiyi açıqlamada bildirib ki, sözügedən müraciət ya gələn həftə, ya da ondan sonrakı həftə ediləcək.  Bu prosesin niyə yubanması isə bəlli deyil. 
 
R.Zərrab ilk məhkəmə iclasında ona qarşı yönləndirilən ittihamları rədd edib və günahsız olduğunu bildirib. R.Zərrab 16 iyunda yenidən hakim qarşısına çıxacaq. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.