banner
banner

Gündəm

“Röyters” cəbhə bölgəsindən reportaj hazırlayıb

“Röyters” cəbhə bölgəsindən reportaj hazırlayıb
“Azərbaycanla separatçı Dağlıq Qarabağ arasında atəşkəs qısa münaqişənin genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını ala bilər. Lakin sakinlər deyir ki, atışma səsləri gecələr hələ də eşidilir və insanlar ölür”.
APA-nın məlumatına görə, bu barədə “Röyters”in cəbhə bölgəsinə səfər etmiş müxbirinin Ağdamın Sarıcalı kəndindən hazırladığı reportajda deyilir.
Bildirilir ki, son zorakılıq halları 4 gün davam etsə də, çoxsaylı insan itkisi ilə nəticələnib: “Yerli sakinlərin dediyinə görə, atəşkəs razılaşması aprelin 5-də qəbul olunsa da, demək olar ki, hər gün pozulur”.
Sarıcalı kəndinin ingilis dili müəlliməsi Maral Abdullayeva deyir ki, atəşkəsdən sonra atışma dayanmır və yerli sakinlər bundan narahatdır. O, 4 aprel tarixində işlədiyi məktəbin dağıdıldığını bildirib. Müəllimənin sözlərinə görə, məktəb qismən bərpa edilsə də, uşaqlar dərsə getməyə qorxur.
 
Bildirilir ki, Azərbaycan tərəfinin və separatçı rejimin məlumatlarına görə, atəşkəs razılaşmasından sonra hər iki tərəfdən azı 8 hərbçi həlak olub: “Avropalılar qorxurlar ki, növbəti toqquşma dünya bazarına neft-qaz resurslarının daşımasında dəhliz rolunu oynayan Cənubi Qafqazda qeyri-sabitliyi dərinləşdirə bilər”.
 
Müəllif Evoğlu kəndində evləri dağılmış sakinləri də danışdırıb.
 
Xatırladaq ki, aprelin 29-da Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ölkədə akkreditasiyadan keçmiş xarici ölkələrin media orqanlarının təmsilçiləri və yerli KİV nümayəndələrindən ibarət 45 nəfərlik qrup cəbhə bölgəsinə səfər edib. Cəbhə bölgəsində yola düşən xarici media nümayəndələri arasında BBC, “Röyters”, “Bloomberg”, “Frans Press”, “RİA Novosti”, “Anadolu”, TRT, İHA, "Cihan", “Rossiya 24” kanalının əməkdaşları, israilli media eksperti Arye Qut və digərləri olub. Moldovanın keçmiş ombudsmanı Aurelia Qriqoriu da heyətdə təmsil olunub.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.