17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Bakıda təşkil olunan Avropa çempionatının ilk oyun günündə keçirilən Azərbaycan – Portuqaliya qarşılaşmasında U-17 Avropa çempionatları tarixinin yeni rekordu qeydə alınıb. Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı Olimpiya Stadionunda keçirilmiş oyunu 33 min azarkeş izləyib. Qeyd edək ki, indiyə qədər turnirdə ən çox azarkeş 2009-cu ildə Maqdeburq şəhərində Almaniya və Hollandiya yığma komandaları arasında keçirilmiş final oyununda qeydə alınıb – 24 min nəfər.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.