banner
banner

Sosİal

Bakının üç rayonunda qaz təchizatı məhdudlaşdırılacaq

Bakının üç rayonunda qaz təchizatı məhdudlaşdırılacaq
Bu gün Bakı şəhəri Suraxanı, Sabunçu və Xəzər rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yeni çəkilmiş qaz xətlərinin mənbəyə qoşulması və Binə qəsəbəsi ərazisində avtomobil yolunun yenidən qurulması eləcə də genişləndirilməsi nəticəsində yolun tikinti sahəsinə düşən qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməsi  işləri ilə əlaqədar, mayın 6-da saat 09:00-dan işlər yekunlaşanadək  Suraxanı rayonunun Əmircan qəsəbəsində, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, həmçinin Xəzər rayonunun Binə və Qala qəsəbələrinin bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.
Cia.az 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.