banner
banner

Gündəm

Sərkisyan vəzifədən getdikdən sonra... - Alman mediası

Sərkisyan vəzifədən getdikdən sonra... - Alman mediası
Almaniyanın ən böyük qəzetlərindən olan “Frankfurter Allgemeine Zeitung” qəzetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair “Təhlükəli qara bağ” başlıqlı məqalə dərc edilib.
 
Axar.az xəbər verir ki, məqalədə Dağlıq Qarabağ və ətraf rayonlar erməni silahlı qüvvələri tərəfindən işğal edildiyi qeyd olunur.
 
Bildirilir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş şəhər və rayonlarının adları dəyişdirilib. Rəsmi İrəvan Xankəndində mövcud olan marionet qurumun danışıqlarda tərəf olmasını tələb edir. Mülayim, anti-militarist səslər isə mühüm KİV-lərə çıxa bilmir.
 
Məqalədə vurğulanır ki, Ermənistan parlamentində yaxınlarda atom bombası hazırlayaraq Bakıya atmaq təklifi səslənib.
 
Məqalədə, həmçinin, Ermənistanın prezident administrasiyasının televiziyaya nəzarət etdiyi, ölkədə korrupsiyanın yüksək səviyyədə olduğu bildirilir. "Sərkisyan ölkənin ən varlı adamlarından biridir. O, 2018-ci ildə prezident müddəti bitdikdən sonra baş nazir kimi hakimiyyətdə qalmağa can atır", - qəzet qeyd edir. 
Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.