|
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının qapıçısı Məmməd Hüseynov bu gün xəstəxanadan buraxılıb. Qol.az-ın sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu haqda futbolçunun atası Namiq Hüseynov məlumat verib. "Həkimlər heç bir problemin olmadığını deyirlər. Boynunda və başında yüngül ağrılar olur. Onu da aradan qaldırmaq üçün dərman qəbul edir. Həkimlər 2 gündən sonra daha buna ehtiyac olmayacağını bildiriblər". Cia.az
|


