banner
banner

Şou

Günay Musayevanın keçmiş əri evləndi - Fotolar

Günay Musayevanın keçmiş əri evləndi - Fotolar
Azərbaycanlı model Günay Musayevanın keçmiş əri, oğlunun atası Tolqa Karel Dominikdə evlənib. 
 
Ötən il Amerikada nişanlanan T.Karel və Sara Skottinin toyu möhtəşəm keçib. 
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, daha öncə Survivor yarışmasında iştirak edən aktyor yarışmanın keçirildiyi Dominikdə özəl bir yeri olduğunu demişdi. “Toyumu Dominikdə keçirəcəm” deyə mediada tez-tez elan verən T.Karelin nikah mərasimi isə Mayamidə baş tutub. Aktyoru bu xoşbəxt günündə ailə yaxınları və dostları tək qoymayıb. T.Karelin toyundakı sentimental çıxışı isə gəlinin ağlamasına səbəb olub. 
 
Qeyd edək ki, Tolqa Karel daha əvvəl azərbaycanlı model Günay Musayeva ilə evli olub. G.Musayeva və T.Karel bir neçə il öncə sürpriz şəkildə evləniblər. Onlar dəfələrlə boşanma məsələsi ilə gündəmə gəliblər. Lakin hər dəfə birlikdə ictimaiyyət arasında görünməklə bu şayiələri təkzib ediblər. Ötən il isə cütlük rəsmən ayrıldığını elan edib. Cütlüyün ayrılmasına səbəb kimi də T.Karelin xəyanəti göstərilir. Cütlüyün Cihangir Can adlı bir oğlu var.
 
 
Tolqa Karelin toyundan
 
Sara Skott və Tolqa Karel
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.