Müğənni İbrahim Tatlıses və Derya Tunanın oğlu İdo yeni evi üçün 1 milyon lirə (təxminən yarım milyon manat) ödəyib. Daha əvvəl özünə lüks bir avtomobil alan İdo axtardığı evi İstanbulun Maslak səmtində tapıb. Anası ilə bir villada yaşayan gənc ifaçı yeni evinə köçüb. O, mənzili öz istəyi üzrə dekorasiya etdirib.
Qeyd edək ki, bədxrəcliyi ilə seçilən İdo daha əvvəl 3 min lirəyə (təxminən 1500 manat) aldığı ayaqqabı ilə gündəmə gəlmişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.