banner
banner

Şou

İmamverdi Mirzəyev 9 il müddətinə azadlıqdan məhrum edilib

İmamverdi Mirzəyev 9 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən İmamverdi Mirzəyevin cinayət işi üzrə məhkəməsi başa çatıb. Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü İ.Mirzəyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, quldurluq hadisəsi bu il fevralın 1-də Xırdalanda baş verib. Əvvəllər məhkumluq həyatı yaşamış İ.Mirzəyev Xırdalan şəhər sakini Azər Məmmədovun qarşısını küçədə kəsərək, ondan pul verməsini tələb edib. Daha sonra A.Məmmədov ona pulunun olmadığını bildirib. İ.Mirzəyev hadisə yerindən qaçıb.

A.Məmmədov Abşeron Rayon Polis İdarəsinə müraciət edib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən İ.Mirzəyev həbs edilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.