Dünya ölkələri stabilliyin əsası kimi daxili təhlükəsizlik qüvvələrinin, xüsusən polislərin sayının çox olmasına diqqət yetirirlər.
Bəzi ölkələrdə müəyyən siyasi səbəblərdən polislərin sayı dünya üzrə ortaq göstəricidən (hər 100 min sakinə düşən polis sayı) xeyli yüksək olur.
Modern.az-a istinadən dünyada ən çox polisi olan ölkələrin siyahısını təqdim edirik:
1. Rusiya - 570 polis (hər 100 min nəfərə)
2. Türkiyə - 474 polis
3. İtaliya - 467 polis
4. Portuqaliya - 463
5. Honq Konq - 450
6. Qazaxıstan - 444
7. Əlcəzair - 425
8. Bolqarıstan - 398
9. Slovakiya - 394
10. Çexiya Respublikası - 393
Dünyada ümumi say etibarilə ən çox polis Çində (1,6 milyon nəfər), Hindistanda (1,501 milyon nəfər), ABŞ-da (794,3 min nəfər) və Rusiyada (835 min nəfər) xidmət edir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.