Erməni əsgərlər imdad dilədi: “Bizi qula çeviriblər”
Qarabağda yaşayan ermənilər separat rejimdən narazıdırlar.
Bu barədə reportajı Ermənistanın “1in.am” saytı hazırlayıb. Sayt qondarma rejimdəki erməni əhalinin aprel müharibəsinə qədərki həyatının tam dəyişilməsini tələb etdiyini bildirir.
Ermənilər Qarabağdakı vəziyyətin dözülməz olduğunu söyləyirlər. Onlar sadə camaatın həmişə müharibə zamanı hakimiyyətin yadına düşdüyünü bildirirlər:
“Vəziyyət gərginləşəndə dərhal birlikdən, qardaşlıqdan danışırlar. Sülh zamanı gələndə və təhlükə minimum səviyyəyə çatanda “ölkə” bir neçə nəfərin mülkiyyətinə çevrilir. Burada olan hər şey - əldə olunan bal və qızıl, hidroelektrik stansiyaların düzəldilə biləcəyi çaylar, taxılın yetişdiyi torpaqlar onlara məxsus olur. Aydın olur ki, əgər sənin bir az torpağın varsa, orada heç nə becərə bilməzsən. Suvarma üçün su da bir neçə nəfərindir. Kəndlinin torpağının quruması, onların ailəsinin ac qalması belə heç kimi maraqlandırmır”.
Sayt qeyd edir ki, Dördgünlük müharibədən sonra Qarabağdakı ermənilərin beynində psixoloji inqilab baş verib. Jurnalistə qondarma rejimdəki vəziyyəti anladan erməni əsgər (o, ehtiyatda olub, yalnız Dördgünlük müharibədən sonra yenidən orduya çağırılıb – red.) indiyə qədər İrəvanın söylədiyi bütün fikirlərin hamısını darmadağın edib:
“Biz hamımız bu situasiyadan yorulmuşuq. Ona görə ki, daha dözmək mümkün deyil. Mən öz sağlığımı, həyatımı nəyəsə qurban verib, qarşılığında heç bir şey qazanmamaqdan usanmışam. Məni insan hesab etmirlər. Mən yalnız onların əmlakını qorumaq üçün lazımam. Mənim də qorumaq üçün nəyimsə olmalıdır”.
Erməni əsgərlərinin başqa bir qrupu isə Qarabağda qazın, benzinin, qida məhsullarının baha olmasından şikayət edirlər:
“Mən (reportyor – red.) onlara Xankəndinin uzaqda yerləşdiyini və buraya nəqliyyat xərclərinin daxil olduğunu söyləyəndə, onlar mənə güldülər və dedilər ki, hər şeyi bilirlər. Digər tərəfdən isə təsdiqlədilər ki, Qarabağda da bəzi mallar Ermənistandakı kimi monopoliya altındadır. “Qarabağ hökuməti” balaca olan bazarı parçalayıb və heç kimə zəruri tələbat mallarını idxal etməyə imkan vermir. Məsələn, kiçik dükanlardan birinin sahibi təsdiqlədi ki, artıq 8-9 aydır ona Ermənistandan un gətirməyi qadağan ediblər”.
Jurnalist reportajında həmçinin Qarabağda Ermənistandakı kimi istənilən şəxsin bir an içərisində yox olmasının, əmlakının məhv edilməsinin mümkün olduğunu bildirir. Daha sonra Qarabağdakı mobil əlaqəyə yer ayıran jurnalist burada da özbaşınalığın baş alıb getdiyini göstərir. “Qarabağ telekom” şirkəti qondarma rejimdə mobil əlaqə sahəsində əsas monopolistdir. Belə ki, adi günlərdə mobil əlaqənin 1 dəqiqəsinə 10-12 dram xərclənirdisə, indi o 40 drama qaldırılıb. Sadə ermənilər bunun aprel savaşının başlanmasından sonra insanların bir-birinə tez-tez zəng etməsi və monopolistin də bundan yararlanmaq istəməsi ilə əlaqədar olduğunu bildiriblər.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.