Rusiyanın Kənd Təsərrüfatı Mallarına dövlət nəzarəti xidməti (Rosselxoznadzor) gələn həftədən etibarən Türkiyədən qabaq, limon və qreypfrutun idxalını dayandırmağı planlaşdırır.
APA xəbər verir ki, bunu qurumun rəhbəri Sergey Dankvert bildirib.
Onun sözlərinə görə, müvafiq qərarın qəbuluna fitosanitar qaydaların sistematik pozulması olub.
S. Dankvert bildirib ki, Türkiyədən gətirilən məhsullarda fitosanitar qaydaların pozulması hallarına çoxdan rast gəlinir. Bununla yanaşı, o, qurumun qərarında hər hansı siyasi motivin olmadığını diqqətə çatdırıb. “Rosselxoznadzor” mayın 16-dan etibarən Türkiyədən Rusiyaya kahı idxalına müvəqqəti məhdudiyyət tətbiq ediləcəyini bəyan edib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.