Dağlıq Qarabağda yaşayan ermənilər dilə gəldi. Daha doğrusu, çoxdan danışırdılar. Heç susmurdular da. Sadəcə, onların səsinə səs verən yox idi. İndi Qarabağ erməniləri cinayətkar rejim rəhbəri Serj Sərkisyanın qarşısına bir şərt qoyublar. Ya torpaqları qaytar, ya da müharibə olarsa, biz Azərbaycana keçəcəyik.
Region TV xəbər verir ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün bəyanatlarına baxmayaraq, Qarabağ erməniləri münaqişə zonasında hərbi əməliyyatların başlamasını istəmirlər. Onlar Azərbaycanın işğal olunan torpaqlarının azad edilməsini və Ermənistan silahlı qüvvələrinin bu ərazilərdən çıxarılmasını istəyirlər.
Dağlıq Qarabağda son vaxtlar bu sözləri bir qədər fərqli formada tez-tez eşitmək olar. Ermənistanın Müdafiə naziri Seyran Ohanyanın valideynlərə bir cavabı var: "Artıq belə davam edə bilməz, qoy vəziyyət sakitləşsin, görək nə olur. Övladlarınızdan da narahat olmayın".
Qarabağ erməniləri onu da bildirirlər ki, həyatla risk etmək zərurəti yarananda hakimiyyətdəkilərin yadına düşürlər. Və bundan sonra da birlikdən, vəhdətdən danışılır, "bu vətən hamımızındır, onu bir nəfər kimi qorumalıyıq" kimi şablon ifadələr işlədilir.
Dağlıq Qarabağdakı Dördgünlük müharibədən sonra Qarabağ erməniləri arasında psixoloji inqilab baş verib. Onlar deyir ki, varlılar davranışlarını dəyişməsələr, hər şeyi öz mülkiyyəti saymağa davam etsələr, sadə camaat buna dözməyəcək. Partlayış olacaq.
Sakinlərin sözlərinə görə, Dağlıq Qarabağda Dördgünlük müharibədə əsgərin azuqəsi onlardan yığılıb. Dağlıq Qarabağda yaşayan ermənilər xunta rejiminin rəhbərinə müraciətə hazırlaşırlar. Əgər Sərkisyan onların müraciətinə məhəl qoymazsa, könüllü Azərbaycan tərəfə keçəcəklərini də bildiriblər. Həmçinin, "dinc həyat naminə mübarizəyə başlayaq" devizi ilə beynəlxalq qurumlara da səsləniblər.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.