Türk pop musiqisinin tanınmış ifaçısı Hadisənin Boluda verəcəyi konserti terror hadisələri səbəbindən təxirə düşüb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hadisə bu gün axşam saatlarında "Bolu Highway Outlet" alış-veriş mərkəzinin açılış münasibəti ilə təşkil ediləcək konsertdə çıxış etməli idi. Eyni zamanda sənətçi ilə imza günü təşkil edilməsi nəzərdə tutulmuşdu. Terror hadisələrini nəzərə alan müğənni tədbirlərini başqa günə keçirilməsi qərarını verib.
Hadisə Facebook və Twitter hesablarından bu açıqlamanı edib: "Bu Gün "Bolu Highway Outlet"də baş tutacaq konsert və imza günümüzü 29 maya təxirə saldıq. Şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına və ölkəmə səbr diləyirəm. Bu son olsun".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.