10 il əvvəl “Aşkı Bulamam Ben” adlı albomu ilə musiqi aləminə daxil olan müğənni Murat Boz çıxartdığı sinqılları, albomları, münsif üzvü olmağı və aktyorluğu ilə şöhrətinə şöhrət qatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddətdir aktrisa Aslı Enverlə birlikdə olan müğənni sevgilisinə etdiyi jestlərlə də gündəmə gəlib. Fanatlarının sevgisini qazanan məşhur popçu açıqlamasında "Romantik bir insanam. Sevgiyə inanan və onunla qidalanan biriyəm. Yaxşı aşiqlərdənəm. Mahnının sözlərində olduğu kimi, "sevdimsə, bütün qəlbimlə sevirəm" - deyə bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.