banner
banner

Hərbİ

Müdafiə naziri Zakir Həsənov Naxçıvan istiqamətindəki vəziyyətdən danışıb - Video

Müdafiə naziri Zakir Həsənov Naxçıvan istiqamətindəki vəziyyətdən danışıb - Video
Naxçıvan istiqamətində Ermənistan silahlı qüvvələri atəş açırlar və təbii ki, cavabları verilir.
Bu barədə Azərbaycan müdafiə naziri Zakir Həsənov ANS TV-nin xüsusi müxbiri Mir Şahinə müsahibəsində bildirib.
Nazir indiyə kimi Naxçıvan istiqamətində problemlər yaşanmadığını bildirib: “Nadir hallarda problemlər olurdu, hər tərəfdə atəşkəsə riayət edilirdi. Çünki dövlət sərhədidir. Orada heç kimin heç kimə torpaq iddiası ola bilməz”.
Zakir Həsənov Ermənistan müdafiə nazirinin Naxçıvanla sərhəddə baş verənlərdən xəbəri olmamasını deməsinə də münasibət bildirib: “Əgər xəbərləri yoxdursa, deməli, orda intizamsız hərbi qulluqçular atəş açırlar. Belə çıxır ki, ora idarə olunmur” .
“Onlar atəş açırlar və təbii ki, cavabları verilir. Bundan sonra da veriləcək”,- deyə Azərbaycan müdafiə naziri vurğulayıb.
Nazir xalqı ANS vasitəsilə əmin edib ki, cəbhədə üstünlük tamamilə Azərbaycanın tərəfindədir: "Azərbaycan xalqı narahat olmasın, Azərbaycan Silahlı Qüvvələri bütün əməliyyat şəraitinə nəzarət edir. Təşəbbüs bizdədir, artıq hamı bizim hərbi üstünlüyümüzü görür".      
 
Zakir Həsənov iki il qabaq ANS-ə verdiyi müsahibəsini xatırladıb: "Yadınızdadır? Mən sizə deyirdim ki, cənab prezident islahatlara başlayıb.  İndi sizin sualınıza cavab olaraq deyirəm ki, bunların hamısı o islahatların nəticəsidir. İslahatlar vaxtında və düzgün istiqamətlərdə həyata keçirilir".


 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.