banner
banner

Dünya

Rusiya Türkiyədən kahı idxalını dayandırıb

Rusiya Türkiyədən kahı idxalını dayandırıb
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti ("Rosselxoznadzor") bazar ertəsindən etibarən Türkiyədən kahı və "Aysberq" kahısı idxalını dayandıracaq.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, "Rosselxoznadzor", həmçinin bu günə qədər Rusiyaya aparılan Türkiyə istehsalı olan bütün növ meyvə və tərəvəzin idxalına qadağa tətbiq edə bilər.
Rusiya 1 yanvar 2016-cı il tarixindən Türkiyədən bir çox meyvə və tərəvəz növlərinə, o cümlədən portağal və narıngi, üzüm, alma, armud, ərik, şaftalı, nektarin, gavalı, göyəm, çiyələk, pomidor, baş soğan və soğan, gül kələmi, brokolli, xiyar və kornişon idxalına qadağa qoyub. Həmçinin toyuq və hinduşka məhsulları, duz və qərənfil gülləri qadağa altına düşüb.
Kahıya qoyulan qadağaya səbəb kimi idxal olunan məhsullarda Rusiyada karantin altında olan obyekt - Qərbi Kaliforniya (çiçək) tripsinin aşkarlanması göstərilir.
 
2016-cı ilin yanvar-aprel aylarında Rusiyaya kahı idxalında Türkiyənin payı 5 faiz təşkil edib. Rusiya bu dövr ərzində ölkəyə gətirilən 6,6 min ton kahıdan təqribən 360 tonunu Türkiyədən idxal edib. 2015-ci ildə bu göstərici 2 min 896 min ton və ya ümumi həcmin 12,2 faizini təşkil edib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.