banner
banner

Sosİal

Xəstəxanalara qəbul qaydaları sərtləşdi

Xəstəxanalara qəbul qaydaları sərtləşdi

Səhiyyə Nazirliyi tərəfindən verilən tapşırığa əsasən, aprel ayından Azərbaycanda vətəndaşların xəstəxanalara qəbulu yeni qaydada həyata keçirilir.

Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin baş həkimi Yusif Əliyev APA-ya açıqlamasında deyib ki, hələ sovetlər dövründən vətəndaşların böyük və klinik xəstəxanalara qəbul olunması məhz göndərişlər əsasında həyata keçirilib. Bunun təcili və təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan xəstələrə aid olmadığını deyən Y.Əliyev qeyd edib ki, bu ənənə bu günə kimi də davam etdirilib: “Son illərdə bütün rayonlarda mərkəzi xəstəxanaların əsaslı təmiri, ən müasir avadanlıqlar, kadrlarla təchiz edilməsi, bölgələrdə böyük diaqnostika mərkəzlərinin açılması, burada hətta kompüter tomoqrafiya, MRT müayinələrin aparılması əsas verdi ki, bu qaydaları bir qədər də ciddi şəkildə yerinə yetirək.

Bunun nəticəsində bütün respublikada əhalinin şəhərə axın etməsinin qarşısı alınacaq. Əhali rayonlarda ən yüksək səviyyədə müalicə və müayinə oluna bilər. Təbii ki, elə müayinələr var ki, ona görə mərkəzə gəlmək lazımdır. Məsələn, ürəyin anjioqrafiya müayinəsi və digər müayinələr məhz mərkəzi xəstəxanalarda aparılır. Lakin bütün digər hallarda xəstələr rayonlarda müayinə edilərək ilkin diaqnoz qoyulduqdan sonra mərkəzi xəstəxanalara müalicə üçün göndəriş əsasında gələ bilərlər”.

Y.Əliyev vurğulayıb ki, Bakıda bütün xəstəxanalar təmir edilib, avadanlıqlarla təchiz olunub, burada yüksək səviyyəli mütəxəssislər çalışır. Onun sözlərinə görə, Bakıda belə xəstələrin ilkin müayinəsi və müalicəsi ərazi prinsipi üzrə poliklinikalarda aparılmalıdır: “Əgər hər hansı xəstənin stasionar müalicəyə ehtiyacı varsa, göndəriş əsasında ərazi üzrə xəstəxanaya yerləşdirilir. Bu gün bu göstəriş tam yerinə yetirilir. Hər xəstəxana özünə aid xəstələri qəbul edir ki, xəstələr saatlarla mütəxəssislərin qapısının ağzında gözləməsin. Ötən ay bu məsələ ilə bağlı nazirlik tərəfindən göstəriş verilib. Hər bir xəstəxanaya tapşırılıb ki, xəstə qəbulu qaydalarında güzəştlər olunmasın və hər bir xəstənin müayinə və müalicəsi

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.