banner
banner

Sosİal

Nazirlik 'leş mafiyasını' Bakıda ifşa etdi - özəl xəbər

Nazirlik 'leş mafiyasını' Bakıda ifşa etdi - özəl xəbər
Bakıda yararsız ət aşkar edilib.
Bu barədə Cia.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar olaraq aparılan nəzarəti tədbirlər çərçivəsində mayın 14-də gecə saat 1.00-2.00 radələrində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən keçirilən reyd zamanı Montində yerləşən "Ucal-Elgün" MMC heyvan kəsim məntəqəsinin həyətində Cəlilabad rayonundan Bakıya satış məqsədi ilə gətirilən, Babayev Hüseyn Fazil oğlunun idarə etdiyi "Qazel" markalı 15 BO780 dövlət nömrə nişanlı yük avtomobilində 9 baş hissələrə bölünmüş, 1300 kq-a yaxın, antisanitar vəziyyətdə, standarta uyğun olmayan formada, üst-üstə yığılaraq çirkli baş-ayaq və tamam yarasız vəziyyətdə, daxili orqanlarla birgə daşınan iribuynuzlu heyvan cəmdəklərindən götürlən nümunələrin Respublika Baytarlıq Laboratoriyasında müayinələri başa çatıb.
Laboratoriyada aparılan bakterioloji müayinələrin nəticələrinə görə, nümunələrin 26-də bakterioloji çirklənmə (BÇQB, stafilakokkus aureus) aşkar olunub. Biokimyəvi müayinə zamanı isə elə həmin ətlərinin keyfiyyətsiz və baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib. Eləcə də Cəlilabad rayonundan paytaxta gətirilən, bakterioloji müayinəsi davam etdirilən cəmdəklərin aqoniya və ya öldükdən sonra kəsilmiş iribuynuzlu heyvan ətlərinin olması müəyyən edilib.
Laboratoriya müayinələrinin nəticəsinə müvafiq olaraq qida üçün yararsız olan heyvan cəmdəkləri baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdiriləcəkdir.
 
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə baytarlıq nəzarəti tədbirləri bundan sonra da ardıcıl olaraq davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcəkdir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.