banner
banner

Gündəm

AMEA-nın nümayəndə heyəti Moskvada görüşlər keçirib

AMEA-nın nümayəndə heyəti Moskvada görüşlər keçirib
AMEA prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Fundamental Tədqiqatlar Fondunda (RFTF) olub.
 
AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, RFTF Şurasının sədri, akademik Vladislav Pançenko ilə keçirilən görüşdə fundamental elmlər sahəsində səmərəli birgə fəaliyyətin, Rusiya ilə Azərbaycan arasında texnoloji, sosial-iqtisadi sahələrdə yeni layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
 
Görüş çərçivəsində AMEA, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) və Rusiya Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
 
Akademik A.Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzində (BETİM) də olub.
 
Rəhbərlik etdiyi mərkəzin Azərbaycan ilə elmi və texniki sahələrdə sıx əməkdaşlığında maraqlı olduğunu bildirən BETİM-in baş direktoru Gennadi Uqrinoviç informasiya mübadiləsi, elmi əlaqələrin yaradılması və digər istiqamətlərdə birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. G.Uqrinoviç Azərbaycan alimlərinin məqalələrinin mərkəzin nəşr etdirdiyi “İnformasiya və İnnovasiya” jurnalında dərc olunmasını təklif edib, bunun respublikada son illər əldə edilmiş elmi və texniki nailiyyətlər, innovasiya yenilikləri barədə məlumatların yayılması istiqamətində atılan daha bir addım olacağını vurğulayıb.
 
AMEA-nın prezidenti Azərbaycanda elmin və təhsilin inkişafı sahəsində həyata keçirilən dövlət proqramları və layihələr, dünyanın bir çox elmi mərkəzləri ilə qurulan sıx əlaqələr barədə məlumat verib. Akademik A.Əlizadə Rusiyanın elmi institutları, o cümlədən Rusiya Elmlər Akademiyasının O.Şmidt adına Yerin Fizikası İnstitutu və Geologiya İnstitutu ilə bağlanan müqavilələr əsasında birgə tədqiqatların aparıldığını diqqətə çatdırıb.
 
AMEA-nın nümayəndə heyəti gənc alimlər və Rusiyada təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb.
 
Görüşdə akademik A.Əlizadə AMEA-da həyata keçirilən yeniliklərdən, struktur dəyişikliklərindən danışaraq bildirib ki, artıq ötən ildən akademiya magistratura şöbəsinə qəbul keçirir və bu ildən qəbul üzrə elmi istiqamətlərin sayı xeyli artırılıb. Akademik AMEA-da yaradılmış yeni elmi institutların, xüsusilə Qafqazşünaslıq İnstitutunun Azərbaycan tarixinin, eləcə də Qafqaz regionu ilə əlaqələrin sistemli tədqiqinə şərait yaratdığını diqqətə çatdırıb.
 
Daha sonra akademik A.Əlizadə gənc alimlərin və tələbələrin suallarını cavablandırıb.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.