Müğənni Sibel Can atasının onun yaşını çıxaltdığını iddia edərək 31 il əvvəl edilən dəyişikliyi düzəltmək üçün məhkəməyə müraciət edib. Məhkəmədə ortaya maraqlı məqamlar çıxıb. Sənədlərdə 1964-cü ildə doğulduğu yazılan Sibelin məhkəməsinə dayısı Ünal Babacan da qatılıb. O, ifadə verərək deyib: "Şikayətçinin 1970-ci il təvəllüdlü olduğunu bilirəm. Qanuni olaraq səhnəyə çıxması qadağan olduğu üçün ailəsini doğum tarixini 1964-cü ilə dəyişdirdi".
Məhkəmədə məlum olub ki, yaş dəyişdirildikdən sonra S.Canla anası arasındakı fərq 5 il olub. Hakim bunu elan edəndə məhkəmə salonunda hər kəs gülüb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.