banner
banner

Sosİal

Alman s​əyyah piyada 8 ölkəni keçərək Azərbaycana çatıb - FOTO

Alman s​əyyah piyada 8 ölkəni keçərək Azərbaycana çatıb - FOTO
Əslən Almaniyadan olan Niakol Aysman piyada dünya səyəhətinə çıxıb. “Report” xəbər verir ki, 8 ölkəni piyada keçən səyyah Azərbaycanın cənub bölgəsinə çatıb. İxtisasca sığorta meneceri olan N.Aysman çoxdanki arzusu olan dünya səyahətini reallaşdırmaq üçün işdən belə çıxmağı gözə alıb. İndiyə kimi 5 000 kilometr  yol qət edən əcnəbi yol boyu hərəkət etməyin çox çətin olduğunu bildirib: 
 
“Daha çox çətin və təhlükəli olan nəqliyyatdır.Yol çox səs-küylüdür. Hər dəfə maşınların siqnal verməsi adamı bezdirir. Arabir ayaqlarım ağıryır.Amma indi hər şey yaxşıdır.”
Səyyah qeyd edib ki, puluna qənaət etmək üçün gənc səyyah gecələr çadrıda qalmağa üstünlük verir: "Qənaət etsəm də hər gün yeməyə 6-7 dollar pul xərcləyirəm. Azərbaycanın cənub bölgəsindəyəm və insanların qonaqpərvərliyindən çox razıyam. İnsanlar çox mehribandırlar. Məni bəzən çaya və yeməyə dəvət edirlər. Polis də çox mehribandır. Bura mənim xoşuma gəldi”.
 
Qeyd edək ki, əcnəbi səyyah Şərq ölkələrini keçməklə səyahətini elə Almaniyada başa vurmağı planlaşdırıb.
 



Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.