Rusiyanı iqtisadi böhranın bürüdüyü, rublun çökdüyü bir vaxtda mətbuatın diqqəti oliqarxların və şou-biznes əhlinin, habelə yüksək vəzifəli Kreml rəsmilərinin yeyib-içmək və əylənmək sarıdan özlərinə korluq vermədiyinə yönəlib.
Qaynar.info virtualaz.org-a istinadən saytı xəbər verir ki, dünən - dekabrın 18-də Moskvada, Azərbaycan əsilli yəhudi oliqarx Telman İsmayılovun “Safis” restoranında Rusiya şou-biznesinin boz kardinallarından biri Aleksandr Dostmanın 55 illiyi qeyd olunub.
Dəbdəbəli ziyafətə toplaşanlar arasında təbii ki, restoranın sahibi də olub. Qonaqlar arasında Rusiya Prezidentinin İşlər İdarəsinin rəhbəri Vladimir Kojin də yer alıb.
Super.ru portalının ziyafətdən hazırladığı reportaja görə, A.Dostman Rusiyanın televiziya və konsert biznesində əsas oyunçu olaraq qalır. O, “Artec” mədəniyyət fondunun sahibidir və irimiqyaslı konsertlər, televiziya ilə canlı yayımlar və digər tədbirlər təşkil edir. A.Dostman “Anşlaq” proqramının da müəllifi və istehsalçısıdır.
Onun yubileyinə Alla Puqaçova, İosif Kobzon kimi nəhənglər, habelə Amerika xüsusi xidmət orqanları tərəfindən 2000-ci il Sidney Yay Olimpiadasında medalların satışını təşkil etməkdə, hakimləri ələ almaqda ittiham olunan biznesmen Alimjan Toxtaxunov, biznes və şou-biznes elitasının digər üzvləri qatılıblar. Ziyafətin “hesabı” 10 milyon rubl, yəni təxminən 75 min dollar edib.
Qeyd edək ki, T.İsmayılovun maliyyə vəziyyəti hazırda yaxşı deyil. Onun banklara və müxtəlif iş adamlarına 100 milyon dollardan çox borcu var. Buna baxmayaraq oliqarx bütün bu kimi dəbdəbəli “tusovka”ların daimi qonağıdır.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.