Dünya futbolunun bir çox ulduzu "Antalyaspor"un oyunçusu Samuel Eto'onun adını daşıyan vəqfin 10-cu ildönümü ilə əlaqədar Türkiyəyə gedəcək.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bununla bağlı Antalyada özəl matç keçiriləcək.
Sözügedən oyunda Messi, Neymar, Suares, Maradona, Hazard, İnyesta, Demba Ba, Droqba və Arda Turanın yer alacağı dünya komandası Türkiyə futbolçulardan ibarət komanda ilə üz-üzə gələcək.
Qarşılaşma iyulun 16-ı "Antalya Arena"da keçiriləcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.