Azərbaycanda süd sammiti və pendir forumu keçiriləcək
Azərbaycanda “IV Yay Süd Sammiti” və “II Beynəlxalq Pendir Forumu” keçiriləcək.
Bu barədə virtualaz.org saytına Kənd Təsərrüfatı Nazirliyindən məlumat veriblər.
Xəbərdə deyilir ki, mayın 23-dən 26-dək Rusiya Kənd Təsərrüfatı Nazirliyinin, Rusiya Dövlət Dumasının Aqrar Məsələlər üzrə Komitəsinin, Rusiyanın, eləcə də bir çox ölkələrin aparıcı süd istehsalçılarının və emalçılarının dəstəyi ilə ”IV Yay Süd Sammiti”, “II Beynəlxalq Pendir Forumu” keçiriləcək.
Tədbirdə MDB, Avropa Birliyi və digər ölkələrin süd istehsalçıları və emalçıları arasında əməkdaşlıq əlaqələrinin yaradılması nəzərdə tutulub. Nazirlik tədbirdə iştirak etmək istəyən yerli istehsalçılardan təkliflər gözləyir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.