banner
banner

İdman

Şota Arveladze “Neftçi”də?

Şota Arveladze “Neftçi”də?
Dünən baş tutan 17 yaşlı futbolçular arasında Avropa çempionatının final matçının izləyiciləri arasında keçmiş gürcü futbolçu Şota Arveladze də var idi. 
Apasport.az saytının məlumatına görə, qarşılaşmadan sonra əməkdaşımızın suallarını cavablandıran Şota Bakıya AFFA rəhbərliyinin dəvəti ilə gəldiyini bildirmişdi.
Ancaq əldə etdiyimiz məlumata görə, “Ayaks” və “Tarbzonspor”un keçmiş hücumçusunun ölkəmizə gəliş səbəbi heç də Avropa çempionatı ilə bağlı deyil. Belə ki, gürcü mütəxəssis “Neftçi” ilə danışıq aparmaq üçün Bakıya təşrif buyurub.
Türkiyədə “Kayserispor”, “Kasımpaşa” və “Trabzonspor” kimi komandalarda baş məşqçi kimi çalışmış Arveladze artıq “ağ-qaralar”la ilkin danışıqlar aparıb. Aldığımız məlumata görə, tərəflər arasında maddi məsələlərdə kiçik anlaşmazlıqlar yaranıb ki, əgər bunlar həll olunarsa, böyük ehtimalla bu təyinat reallaşacaq.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.