Arpa yarması çox faydalı diyetik məhsuldur. Arpa bir çox vitaminlər (A, B, E, K) və minerallar (fosfor, selen, kalium, maqnezium, sink və s.), fol və nikotin turşuları, qidalı liflərlə zəngindir.
Arpa yarması sıyığı və bu yarmadan hazırlanmış tərəvəz supları bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizlikdən azad edir. Arpa yarması qidalı liflərlə olduqca zəngindir ki, bu liflər bağırsaqlara "süpürgə" kimi təsir edir.
Ümumiyyətlə, arpa yarması mədə-bağırsaq sistemi üçün çox faydalıdır. Arpa yarmasının həlimi mədədə iltihab, qastrit, xoralar, eroziyalar zamanı çox yaxşı müalicəvi təsir edir. Belə həlim hazırlamaq üçün 250 qr arpa yarması üçün 1,5 l qaynar su götürülür. Arpanın üzərinə su tökün və vam odda 30 dəqiqə ərzində qaynadın. Selikli həlim alınmalıdır. Bu həlimi soyuducuda saxlayın (2 gündən artıq saxlamaq olmaz) və gün ərzində 3 dəfə qida qəbulundan 20 dəqiqə əvvəl 100 ml həcmində qəbul edin. Həlim mədənin selikli qişasını qoruyur, xora və eroziyaların sağalmasını sürətləndirir, antiseptik və iltihabəleyhinə təsir göstərir.
Arpa yarması qanda xolesterinin səviyyəsini aşağı salır.
Bu yarma həmçinin arıqlamağa da kömək edir. Səhər yeməyi zamanı 1 boşqab arpa yarması sıyığı yeyin. Bu sıyıq sizi uzun müddət ərzində toz saxlayacaq və nahar yeməyi zamanı siz daha az qida qəbul edəcəksiniz.
Kalium və maqneziumla zəngin olan arpa yarması ürək üçün də çox faydalıdır.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.