Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi mobil internet istifadəçilərinə xəbərdarlıq edib.
Mərkəzdən İctnews.az-a verilən məlumata əsasən, "Akamai Technologies" şirkətinin təhqiqatçıları "Xsser mRat" mobil troyanına aid xəbərdarlıq yayıblar. Belə ki, bu mobil troyan "iOS" və "Android" platformalarında çalışan qurğular üçün real təhlükə yaradır.
Araşdırmalar göstərib ki, "Xsser"in tətbiq olunmasının arxasında istifadəçilərə məxsus şəxsi (məxfi) məlumatları əldə etmək istəyən kibercinayətkar qruplaşma dayanır.
Sözügedən troyanın ilk aktivliyi bu ilin sentyabr ayında Asiyada qeydə alınıb. O, internet provayderlərinə, veb tətbiqetmələrinə və proqram təminatı istehsalçılarına hücum üçün istifadə olunurdu. "Akamai Prolexic"in mütəxəssisinin sözlərinə görə, "C&C" troyan serverinin sönük olmasına görə irimiqyaslı hücumlardan qaçmağa müvəffəq olduq.
Bununla yanaşı, zərərverici müxtəlif cür modifikasiya olunub və indi "İOS" qurğulara da hücumlar həyata keçirir. Məlumat üçün bildiririk ki, yoluxmuş qurğu müxtəlif məqsədlər üçün istifadə oluna bilər, o cümlədən DDoS hücumun həyata keçirilməsi, mobil qurğu sahibinə nəzarət, istifadəçi adı və şifrlərin oğurlanması və s. Nəzərə alsaq ki, dünyada 1 milyard mobil telefon istifadəçisi var və bu, zərərverici şəxsi informasiyaların konfidensiallığına böyük təhdid yarada bilər.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.