banner
banner

Gündəm

Bakıdan İsrailə yüksək vəzifəli diplomat getdi

Bakıdan İsrailə yüksək vəzifəli diplomat getdi

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov ötən həftə İsraildə səfərdə olub.

Virtualaz.org İsrailin “The Jewish Press” agentliyinə istinadən xəbər verir ki, Əzimov Knessetin xarici işlər və müdafiə məsələləri üzrə Komitəsinin sədri Tsaxi Hanqebi (Likud partiyası) ilə görüşüb. Əzimovun Təl-Əvivdəki başqa rəsmi görüşləri barədə məlumat yoxdur.

Xəbərə əsasən Araz Əzimov Knessetin komitə sədri ilə görüşündə İsraillə Azərbaycan arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi yollarını müzakirə edib. Agentlik qeyd edir ki, Azərbaycan İsraillə yüksək səviyyədə ikitərəfli strateji və iqtisadi tərəfdaşlığa malik olan çox az müsəlman ölkəsindən biridir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.