banner
banner

Gündəm

Ramil Usubov gürcüstanlı həmkarı ilə hər il görüşəcək - QARŞILIQLI RAZILAŞMA

Ramil Usubov gürcüstanlı həmkarı ilə hər il görüşəcək -

Azərbaycan və Gürcüstanın daxili işlər nazirləri arasında görüş keçiriləcək.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Azərbaycan daxili işlər naziri Ramil Usubovla Gürcüstan daxili işlər nazirinin birinci müavini Besik Amiranaşvili arasında Bakıda keçirilən görüşdə razılıq əldə edilib.

Məlumata görə, ilk görüş bu ilin iyununda Gürcüstanda keçiriləcək. Tədbirin rotasiya prinsipi ilə hər il keçirilməsi nəzərdə tutulub. Görüşdə cinayətkarlığa, o cümlədən sərhədyanı ərazidə törədilən cinayətlərə qarşı birgə mübarizə məsələləri müzakirə ediləcək.

Besik Amiranaşvili daxili işlər nazirinin birinci müavini Vilayət Eyuvazovla da təkbətək görüşüb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.