banner
banner

İdman

Mourinyo ilə 5 illik müqavilə...

Mourinyo ilə 5 illik müqavilə...
Lui van Qalla yollarını ayıran "Mançester Yunayted" hər an Joze Mourinyo ilə anlaşdığını ictimaiyyətə açıqlaya bilər. ANS PRESS-in məlumatına görə, portuqaliyalı çalışdırıcı ilə 5 illik sözləşmənin imzalanması gözlənilir.
"Mourinyo hər ili üçün 15 milyon avro maaş alacaq"
Bu barədə Britaniya mətbuatı xəbər yayıb. Yayılan məlumata görə, Mourinyo hər ili üçün "qırmızı-şeytanlar"dan 15 milyon avro maaş alacaq.
Klub rəhbərliyinin Lui van Qalla ödəyəcəyi təzminat da bəlli olub. Hollandiyalı mütəxəssisə sözləşmənin vaxtından əvvəl ləğvinə görə 6,5 milyon avro təzminat ödəniləcək.
Həmçinin PSJ-dən ayrılan Zlatan İbrahimoviç "Mançester Yunayted"ə keçəcək. Bu barədə İsveçin məşhur "Sportbladet" qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, İbra karyerasını Joze Mourinyonun çalışdıracağı deyilən klubda davam etdirəcək.
Həm də klubda sadəcə futbolçu olmayacaq. İsveçli ulduz eyni zamanda Mourinyonun köməkçisi olacaq.
"Yuventus" 2004-cü ildə "Ayaks"dan 16 milyon avroya aldığı İbrahimoviçi 2 il sona 24,8 milyon avroya "İnter"ə satmışdı. O, 2012-ci ildə 21 milyon avro qarşılığında PSJ-yə transfer edilib. İbrahimoviç "Yuventus"la 2 dəfə İtaliya çempionu olub.
İbrahimoviç İsveçdə "Malmö", Hollanliyada "Ayaks", İtaliyada "Yuventus", "İnter", "Milan", İspaniyada "Barselona" və Fransada PSJ-nin formasını geyinib. Karyerası ərzində 28 kubok qazanan futbolçu 4 ölkədə çempionluq sevinci yaşayıb.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.